İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Adalet.az-a verilən məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib, zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, ötən gün yerli vaxtla saat 18:03-də də İsmayıllıda zəlzələ baş vermişdi.


Bakı -°C
