adalet.az header logo
  • Bakı -°C

İrlandiya Ukraynaya əlavə 125 milyon avro yardım ayıracaq

104 | 2025-12-02 18:00
A- A+

Dublin Ukraynaya dəstək üçün əlavə 125 milyon avro ayıracaq. 

Adalet.az xəbər verir ki, bu barədə İrlandiya hökumətinin dərc etdiyi “Ukrayna-İrlandiya Tərəfdaşlığının Yol Xəritəsi 2030” adlı sənəddə deyilir.

Sənədə görə, Kiyevə qeyri-öldürücü hərbi yardım göstərmək üçün əlavə 100 milyon avro ayrılacaq. Bu bənd üzrə ümumi maliyyələşdirmə, artıq verilmiş vəsaitlər nəzərə alınmaqla, 2025-ci ilin sonunda 200 milyon avroya çatacaq. 25 milyon avro isə Ukraynanın enerji infrastrukturunun bərpası və qorunmasına və kritik elektrik enerjisi təchizatının təmin edilməsinə ayrılacaq.
 

TƏQVİM / ARXİV