adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Dünyanın bəlaslna çevrilmiş narkotik həblər - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
412 | 2022-12-29 12:28

Aprel ayının sonlarında Səudiyyə Ərəbistanının daxili işlər nazirliyi, içərisində ailə üzvləri qalan evini yandıran 20 yaşlı kişini həbs edib. Tamamilə yanıb külə dönən evdə onun arvadı, kiçik oğlu və qızı diri -diri yanaraq tanınmaz hala düşüblər. Onlar həmin vaxt oyaq olublar və kişinin onların yatdıqları otağın qapısını necə bağladığıını, evin divarlarına benzin tökdüyünü və sonra necə od viraraq yandırdlğını eşidiblər. Bütün bu vaxt ərzində ailə üzvləri nə qədər qışqıraraq köməyə çağırsalar da, onların imdadına yetişən olmayıb. Onların cəsədləri yanaraq tanınmaz hala düşüb.

20 yaşlı kişinin bu hadisəni törətməsi səbəbinə tezliklə aydınlıq gətirilib. Səudiyyə Ərəbistanı Şərqi əyalət polisinə ilkin araşdırmalardan sonra məlum olub ki, kişi hadisəni törədərkən güclü metamfetamin və yaxud "Şabu" adlanan narkotik dərmanın təsiri altında olub.

Ölkənin KİV-ləri narkotikdən istifadə edənlərin sayının günbəgün artmasından marahatlıq keçirərək həyacan təbili çalmaqdadırlar.

Narkotik kontrabandaçılarının mərkəzi sayılan İordaniya və Suriya ilə sərhədlər Ərəb Krallığının baş ağrlsına çevrilib. Məhz bu sərhədlərdən ölkəyə külli miqdarda narkotik vasitələr keçirilir Kondrabandaçılar Suruiyada yetişən narkotik vasitələri "Nəsib" sərhəd keçid məntəqəsindən İordaniyaya, ordan isə Yaxın Şərq ölkələrinə keçirirlər. Suriyada istehsal olunan narkotiklər, Yaxın Şərqin qarşısıalınmaz probleminə çevrilib.

Waşhington İnstitute araşdırmaçıların gəldiyi qənaətə görə, narkotika istehsalının arxasında Suriya, İran rəhbərliyi və "Hizbullah" terror təşkilatı dayanıb. Təkcə 2020-ildə Suriyanın Əfqanıstan, İran, İsrail və Livan vasitəsi ilə Yaxın Şərqə daşıdıqları narkotiklərin dəyəri 3,46 milyard dollar səviyyəsində olub.

Suriyada istehsal olunan, narkotik maddə sayılan "kapiton" həbləri artıq Avropa Birliyi ölkələrinə də ayaq açmaqdadır. Beləki Rumıniya hökuməti 2020-ci ildə ümumilikdə 751 kq, yəni 4 milyondan çox "kapiton" həblərini müsadirə edib. Bu il isə İtaliya narkotacirlərdən milyard dollar dəyərində "kapiton" həbləri müsadirə edib. Fevral ayında Yunanıstan hökuməti də "kapiton" həbləri daşıyan gəmini saxladıqları barədə məlumat verib. İtalya və Yunanıstan hakimiyyəti güman edirlər ki, İŞİD terror təşkilatı digər dövlətlərə narkotik daşınmasından küllü miqdarda vəsait əldə edirlər.

Bildirilir ki, narkotik ticarətinə rəhbərlik edənlər, əsasən Suriya və İran hakimiyətləridir. İordaniya Hərbi Qüvvələrinin tibb departamentinin direktoru Mustafa əl- Hiyari təsdiq edir ki, ölkə ərazisindən keçən narkotrafikə Suriya və İran hərbi qruplaşmaları nəzarət edirlər.

Hərbi analitik, İstefada olan general mayor Fəyaz Dveyri bildirir ki, narkotik ticarətinə "Hizbullah" təşkilatı nəzarət edir və bundan yaxşı gəlir əldə edirlər. Generalın fikirincə, ABŞ İran üçün maliyə sıxıntıları yaratdığına görə, "onlar başqa gəlir mənbələri axtarmaqla məşğuldular".

İordaniya Hərbi Qüvvələrinin polkovniki Zayd əd-Dabbas BBC News-ə verdiyi müsahibəsində qeyd edib ki, hazırda, ən azı 160 kontrabanda qrupu narkotik daşımaları ilə məşğul olur və hətta bunun üçün dronlardan da istifadə edirlər.

Hərbiçilər də etiraf edirlər ki, narkotik kontrabandaçıları ilə mübarizə aparmaq getdikcə daha da çətinləşir. Görünən odur ki, narkotik istehsalçılarına, alverçilərinə, istifadəçilərinə qaşı ölüm hökmü çıxarılmayana qədər, "ağ ölüm" gətirən narkotikanın qarşısını almaq münkün olmayacaq.

 

 

 

"Lenta.ru" saytının materiallarından istifadə olunub

TƏQVİM / ARXİV