Azərbaycan Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nda dəyişiklik edilib.
Adalet.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanacaq. Həmçinin, təhsil müəssisəsi və ya təhsil proqramı üçün maksimum bal ölçüsü Akkreditasiya Meyarları üzrə hesablanmış maksimum balların toplanmasından ibarət olacaq.
Eyni zamanda, təhsil müəssisəsi və ya təhsil proqramı üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdirilir:
- maksimum balın 85-100 faizi - "uyğundur";
- maksimum balın 70-84 faizi - "əsasən uyğundur";
- maksimum balın 55-69 faizi - "qismən uyğundur";
- maksimum balın 54 və daha aşağı faizi - "uyğun deyil.


Bakı -°C
