adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil Abbas: "Deyəsən, aradan cırırsız…" 

AQİL ABBAS
595 | 2022-06-08 09:10

Görkəmli rejissor Əjdər İbrahimovun «26-lar» filmi başdan-ayağa sətiraltı ifadələrlə doludu. Azərbaycan filmlərinin şahı olan bu film çox təəssüf ki, televiziya ekranlarından çoxdan yığışdırılıb. Eləcə də müəllifin «Ulduzlar sönmür» filmi.

«Mən bunu Parijin göbəyindən gətirmişəm».

«Adə, bunların dördayaqlıları ikiayaqlılarından çoxdur ki?!»

«Müsülman çörax istəmir».

«Həştərxana neft gedib çıxmayacaq, dinamitə qoymuşam».

«Gəlin əlbir olub türk qardaşlarımızı çağıraq».

«Qeyrətin olsa silah tapılar».

«Gürcülər əcnəbilərin gündöyməzini öpməzlər».

«Ataman Biçeraxov bizi satdı».

«Kamerada bir nəfər artıqdı, biriniz çıxa bilərsiniz».

«Bakıda mənim orkestrim yoxdu».

«Mən kürəyindən xəncər yarası alanlara baxmıram».

«Bu həftə çörək alacaq?»

«İndicə Lenindən teleqram almışıq, Həştərxandan bizə 40 top, neçə yüz tüfəng, patron yola salınıb».

«Yeri, yeri, mən səndən çörək istəmirəm».

«Adə, Vankə, dünənəcən mənə xozeyin deyirdin?»

«Deməli, daha xozeyin deyilsən».

«-Rusiya batır, cənablar, Rusiya batır.

-Hə, hə, get ağla!»

«Özününkülərə müftə verirsən».

«Sonra gec olacaq».

Və sair və ilaxır. Filmin musiqisinə də söz ola bilməz. Xüsusilə Əşrəfin oxuduğu mahnı. Allah Arif Məlikova rəhmət eləsin, xarüqələr yaradıb.

Tapsam, filmi qoyacam sayta baxarsız.

İndi isə gələk mətləbə. NATO-nun üzvü olan ölkələr yavaş-yavaş aradan cırırlar. Hərəsi də bir bəhanə gətirir, Rusiyaya tətbiq etdiyi sanksiyalar özlərini Rusiyadan betər günə qoyub.

Belə getsə Zelenski meydanda tək qalacaq. Və sonda Salvador Alyende kimi əlinə silah götürəcək və işdən çıxartdığı daxili işlər naziri onu güllələyəcək.

 

 

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV