adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Aqil ABBAS: BU, VİLAYƏT EYVAZOVA VƏ DİN-ə QARŞI TƏXRİBATDI

AQİL ABBAS
612 | 2022-04-25 14:12

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyevin kimlərsə tərəfindən oğurlanıb döyülməsi və hətta videoya çəkilməsi neçə gündür ki, ictimaiyyət arasında geniş müzakirə olunur. Qəzetlər, saytlar, sosial şəbəkələr bunu gündəmə çevirib.

Çox pis hadisədi, iyrənc hadisədi.

Bəxtiyar Hacıyev əvvəl daxili işlər nazirinin müavini tərəfindən, sonra isə şəxsən nazir Vilayət Eyvazov tərəfindən qəbul olunub və bildirilib ki, bu məsələ araşdırılacaq, günahkarlar tapılıb cəzalandırılacaq.

Bəxtiyar Hacıyev elə bir şəxsdir ki, onu hədələməklə, döyməklə, hətta öldürməklə susdurmaq olmaz. Bunu onu oğurlayanlar da çox gözəl başa düşür. Bilirlər və bilirdilər ki, Bəxtiyarı buraxan kimi bu məsələni ictimailəşdirəcək və bu da böyük rezonans doğuracaq, necə ki doğurdu.

Deməli, bu işin içində iş var. Bu, təxribatdı, həm Daxili İşlər Nazirliyinə qarşı, həm də nazir Vilayət Eyvazova qarşı. Bu təxribat DİN-in son illər banditizmə, cinayətkarlığa, xüsusilə də narkomaniyaya qarşı apardığı genişmiqyaslı əməliyyat tədbirlərinə kölgə salmaq məqsədi güdür.

Özü də işgəncə verəndə deyibmişlər ki, bir də Vilayət Eyvazovdan və Fuad Muradovdan yazsan sənin üçün pis olacaq.

Priçyom zdes Fuad Muradov?!

Bu cinayəti törədənlər yuxarıda qeyd elədiyim kimi, DİN-ə və Vilayət Eyvazova təxribat məqsədi güdürlər.

Və inanıram ki, tezliklə bu cinayəti törədənlər haqlı cəzalarını alacaqlar.

TƏQVİM / ARXİV