adalet.az header logo
  • Bakı 19°C

"ABŞ müharibədə iştirak etmir?" Kimi aldadırsınız? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
384 | 2022-12-29 11:10

Rusiyanın birinci telekanalının "Bolşaya iqra" verilişinə müsahibə verən xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ABŞ -dan Vaşinqtonun Moskvaya qarşı açıq müharibə aparmayacağı, həmçinin Ukraynaya verdikləri "Patriot" zenit raket komplekslərini idarə edə bilən mütəxəsislərini göndərməyəcəyi barədə rəsmi məlumat alıb.

"Hazırda biz Vaşinqtondakı şəfirliyimizin kanalları vasitəsi ilə maraqlandıq. "Patriot" zenit raket komplekslərinin çətin idarə olunmasını nəzərə alaraq, əminik ki, amerikan mütəxəsləri olmadan onlardan istifadə etmək mümkün olmayacaq. Bizə aydın şəkildə izah olundu ki, amerikanlar bir başa Rusiya ilə müharibəyə girməyəcək"- deyə nazir bilditib.

Maraqlıdır, görəsən hər iki hegemon dövlətin yüksək çinli məmurları özlərinin söylədikləri yalanlara inanırlarmı? Rusiya- Ukrayna meharibəsini yaxından izləyən hər bir kəs bilir ki, ABŞ və Qərb bu müharibədə açıqdan-açığa iştirak edir. Bunu "ABŞ Ukrayna ilə müharibədə Rusiyaya qarşı döyüşlərdə iştirak etməyəcək" deyən Sergey Lavrov elə müsahibəsinin davamında öz sözlərini təkzib edir.

"ABŞ-ın Kiyevdəki hərbi attaşesinin onlarla əməkdaşı Ukraynaya hərbi məsləhətlər verir, yüzlərlə hərbiçisi müharibədə iştirak edir" - deyə rusiyalı diplomat qeyd edib.

Nəzərə alsaq ki, NATO-ya üzv dövlətlərin də hərbi mütəxəsisləri Ukraynada "məslətlərini verir" və eyni zamanda Lavrovun da müsahibəsində bildirdiyi kimi, "ABŞ-ın Mərkəzi Kəşviyyat İdarəsinin əməkdaşları Ukraynanın Təhlükəsizik Xidmətinin binasının bir mərtəbəsini tutub", onda türklər demiş, bunun nərəsi "müharibədə iştirak etməməkdir"?

ABŞ Konqtessinin "Ukraynada amerika silahlarına nəzarət edilməlidir" tələbinə Pentaqonun rəsmisi "Biz çoxdan oradayıq və hər şeyə nəzarət edirik"- deyə cavab verib.

Bu da ABŞ -ın Rusiyaya verdiyi sözün bir çürük qoz dəyərində olmadığının göstəricisidir. Görünən odur ki, Rusiya XİN-nin rəhbəri Sergey Lavrov da yaxşı bilir ki, ABŞ və NATO Ukraynadadır və müharibədə birbaşa iştirak edir. Sadəcə ictimai fikri başqa səmtə yönəltmək istəyir.

 

 

 

TƏQVİM / ARXİV