adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ABŞ -ın Rusiyanı müharibəyə necə sürüklədiyinin sirləri açılır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
391 | 2023-01-11 10:59

Rusiya və Ukrayna arasında münaqişənin yaranmasında, sonradan bu münaqişənin iki ölkə arasında qanlı müharibəyə çevrilməsində və göründüyü kimi bu müharibənin sonsuzluğa qədər bitməsinə mane olan yeganə maraqlı olan Amerika Birləşmiş Ştatlarıdır.

Pentaqon rəhbərinin keçmiş məsləhətçisi polkovnik Duqlas Makqreqor özünün YouTube bloqunda bildirir ki, ABŞ-ın gizli Donbass planını Rusiya pozmağı bacardı.

"Biz illərdi yüz minlik ordu yaratmaqla bir məqsəd üçün çalışırdıq"-deyə bildirən polkovnik, daha sonra ABŞ-ın məqsədi Donbassda Rusiyaya zərbə endirmək üçün platforma yaratmaq idi.

"Lakin Moskva vaxtında bu məsələdən xəbər tutdu və bu planı pozaraq öz ölkəsi üçün yarana biləcək təhlükənin neytrallaşdırdı və qarşısını aldı". Makqreqor qeyd edir ki, Rusiya Qərbin Ukraynadakı hərəkətlərini izləyərək, perventiv hərəkət etdi.

Duqlas Makqreqor bildirir ki, Polşa bundan istifadə edərək, Qərbi Ukraynanın ərazilərini işğal etmək istəyirdi. Polkovnikin sözlərinə görə, NATO-ya üzv dövlətlərin əksəriyyəti Varşavanın bu niyyətini, alyansın məqsədlərinə zidd olduğu üçün dəstəkləmədi. Lakin bununla yanaşı poıkonik qeyd edir ki, ABŞ və ona yaxın dövlətlərin gələcəkdə Polşanın Ukraynaya qoşun yeritməsinin qarşısını almaq üçün heç bir addım atmayacağı şübhəsizdir.

Rusiya xüsusi xidmət orqanlarının gücünü və yüksək peşəkarlığını nəzərə alaraq deyə bilərik ki, Kreml rəhbərlərinin ABŞ-ın gizli planlarından xəbərləri olub. Lakin həm Mərkəzi Kəşviyyat İdarəsinin nəzarətində olan Qərb mətbuatının, həm də əsasən erməni mənşəli oliqarxların nəzarətundə olan Rusiya KİV-lərinin yalan dolu, qızışdırıcı təbliğatına, Rusiya ordusunun güya məğlubedilməz gücə malik olduğuna və Ukraynanı bir neçə günə işğal edəcəklərinə inanan Kremlin və Hərbi Qüvvələrin rəhbərləri, ABŞ-ın əsas məqsədləri üçün qurduğu tələyə düşdülər və Ukraynanı işğal etmək məqsədilə hərbi əməliyyatlara başladılar.

Lakin tezliklə məlum oldu ki, Rusiya KİV-lərinin "ildırım sürətli" işğal təbliğatları "cürük qoz" effektindən o tərəfə keçə bilmədi. Uzağı bir həftəyə Kiyevi təslim edəcəklərinə inanan Putin hakimiyyəti artıq bir ilə yaxındır istəklərini həyata keçirə bilmir və yaxın gələcəkdə də bu istəklərini həyata keçirə biləcəyi inandırıcı görünmür. Hər iki tərəfdən həlak olan hərbiçilərin və mülki vətəndaşların sayı artıq yüz minlərlə ölçülür.

Xüsusilə Rusiyanın hərbi qüvvələri çoxsaylı hərbi texnika itkiləri ilə üzləşib. Həlah olan hərbiçilərin yerini doldurmaq üçün 300 min nəfərlik səfərbərlik də onların köməyinə çatmadı. Hazırda 500 min nəfərlik səfərbərlik ediləcəyi barədə məlumatlar yayılmaqdadır. Rusiya tərəfdən hərbi texnika çatışmamazlığı da müşayət olunmaqdadır. Ona görə də, ən yüksək səviyələrdə nüvə silahlarından istifadə olunacağı barədə təhdidlər də eşidilməkdədir.

Dəfələrlə yazdığımız kimi, ABŞ-ı nə Ukrayna, nə də ukrayna xalqının gələcək taleyi maraqlandırmır. Onların əsas məqsədləri müharibəni mümkün qədər uzatmaqla Rusiyanı çökdürmək, imkan daxilində parçalamaqdır. Artıq açıq etiraf etməsələr də, Rusiya da səhvini başa düşməyə başlayır. Ara-sıra mətbuata sızdırılan ufaq məlumatlardan aydın sezilir ki, peşmançılıq var. Lakin geri addım atmağın Putin hakimiyyətinin sonu, onların da sonu ola biləcəyini anlayan xüsusi xidmət orqanları və hərbi komandanlıq nüvə silahlarına arxayın olaraq müharibəni davam etdirməkdə israrlıdırlar.

ABŞ və Qərb də müharibənin danışıqlar yolu ilə başa çatmasının tərəfdarı olmadıqlarını, Ukragnanı milyardlarla dollarlıq silah-sursatla təmin etməkdə davam etməkləri ilə sübuta yetirirlər.

Müharibə faktiki olaraq Ukraynanın ərazilərində getsədə, artıq Rusiya-Ukrayna münaqişəsi çərçivəsindən çıxıb. Bu gün reallıqda müharibə ABŞ-la Rusiya arasında getdiyini demək olar. İstər "soyuq müharibə" adlandırılsın, istərsə də "açıq müharibə", fərq etməz.

Arada dağılan, yerlə yeksan olan şəhərlər Ukraynanındır. Həlak olan əsgərlər və dinc əhali Ukraynaya vətəndaşlarıdır.

 

 

TƏQVİM / ARXİV