adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Dekabr 2022 12:35
529
ŞOU-BİZNES

Zeynəb Həsəni: “Bu proses hər gün 5 dəqiqə davam edirdi”

Bir müddət əvvəl xərçəngə görə əməliyyat olunan müğənni Zeynəb Həsəni səhhətindən danışıb.

Adalet.az xəbər verir ki,bu barədə o, “Zaurla Günaydın” proqramında açıqlama verib.

“Şükür ki, indi hər şey yaxşıdır. Öhdəsindən gəldim. Tamamilə öhdəsindən gəlmək üçün müalicə olunmaq, güclü olmaq lazımdır. Hələ 5 il müalicə olunmalıyam. 21 dəfə şüa qəbul etmişəm, hər gün 5 dəqiqə bu proses davam edirdi. Mənim sinəmdə şiş aşkarlanmışdı. Oradakı xəstələrə baxırdım ki, ən asan, ən az məndə idi”, - deyə, Zeynəb qeyd edib.

Qeyd edək ki, Müğənninin  anası da bu xəstəlikdən dünyasını dəyişib.

Əntiqə Kərimzadə