adalet.az header logo
  • Bakı -°C
02 Dekabr 2025 10:30
39
DÜNYA
A- A+

Zelenski sülh planının Ukrayna üçün ən problemli məsələlərini sadaladı

"Ukrayna üçün sülh planı müzakirələri kontekstində ən çox üç məsələ diskussiya doğurur".

Adalet.az  "Yevropeyskaya pravda" nəşrinə istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra keçirilən mətbuat konfransında verib.

"Ərazi məsələsi ən mürəkkəb olanıdır. Bərpa üçün maliyyə məsələsi, fikrimcə, avropalı tərəfdaşların iştirakı olmadan asan deyil, çünki pullar Avropadadır. Məncə, bu, çox ədalətli deyil. Bir də təhlükəsizlik zəmanətləri məsələsi çox vacibdir: konkret olaraq ABŞ-dən, və konkret olaraq Avropadan" , - deyə o vurğulayıb.