adalet.az header logo
  • Bakı 20°C
05 Oktyabr 2022 13:39
741
GÜNDƏM

Yunanıstan XİN rəhbəri Azərbaycana niyə "hərbə-zorba" gəlir? - SƏBƏB...

Yunanıstan dərindən dərk edir ki, Azərbaycan və Türkiyə iki dövlət bir millət olaraq çox dərin köklərlə bir-birinə bağlıdır. Odur ki, əbədi nifrət bəslədiyi Türkiyəni gözdən salmağa, onu siyasi arenada “vurmağa ” çalışarkən Azərbaycanı da unutmur.


44 günlük müharibə dövründə Azərbaycana qarşı mövqe sərgiləyən Yunanıstan Ermənistanın yanında dayandı. Hazırda Azərbaycanla əlaqələri çox zəif olan Yunanıstan Ermənistana müharibəni qazanmaq üçün hər cür dəstək verəcəyini bəyan etmiş və dediyini əməldə də edirdi.


Hətta Kipr (Yunan Kipri) də Ermənistanla həmrəylik nümayiş etdirərək Yunanıstanın yanında olduğunu və dolayısıyla Azərbaycana cəbhə açdığını bəyan edib. Hətta Kipr, Ermənistan əsgərlərinə və Qarabağa gətirilmiş YPG-PKK terrorçularına hərbi təlim keçmək üçün general səviyyəsində hərbçilər də göndərib.


Bununla ürəyi soyumayan Yunanıstan başqa yollar aramağa başladı Ermənistanı illərdir açıq şəkildə dəstəkləyən Yunanıstan hökumətinin xarici işlər naziri Nikos Dendias ötən ayın sonunda İrəvana səfəri zamanı son sərhəd toqquşmalarından danışıb.Deyib ki, Azərbaycan-Ermənistan münaqişəsində İrəvanı dəstəkləyib:” "Mən xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm. Mesajım budur ki, revizionist siyasət uğursuz olacaq".
Dendias ölkəsinə döndükdən sonra sosial mediada verdiyi açıqlamada “Yunanıstanın Ermənistanla tam həmrəy olduğunu vurğuladım”- yazması da gözümüzdən yayınmadı.


Adalet.az Armenpress.am-a istinadən xəbər verir ki, Yunanıstanın xarici işlər nazirliyi  Azərbaycanı təhdid edib. Nəşr yazır ki, nazirlik Tvitter hesabında bu haqda paylaşımında “Azərbaycanın silahlı qüvvələri tərəfindən silahsız erməni hərbi əsirlərin “vəhşicəsinə güllələnməsini” qətiyyətlə pisləyib:”Biz Azərbaycan silahlı qüvvələri tərəfindən silahsız erməni hərbi əsirlərin güllələnməsinə dair dəhşətli xəbərlərdən dərin sarsılmışıq. Yunanıstan bu cür zorakılıq aktlarını qətiyyətlə pisləyir və günahkarların məsuliyyətə cəlb edilməsi üçün hərtərəfli araşdırmaya çağırır".

Qeyd edək ki, 1909, 1915 və 1922-ci illərdə Türkiyədən kütləvi köç zamanı erməniləri qəbul edən ölkələrdən biri də Yunanıstan olub.Odur ki, mərkəzi şəhərlərdə kompak şəkildə yaşayan ermənilər ölkənin ictimai-siyasi həyatında da fəaldırlar.


P.S  44 günlük müharibədən sonraYunanıstanda yaşayan ermənilər erməni terrorundan yazan yunan jurnalını təhdid ediblər. Türkiyə kimi güclü bir ölkəni düşmən görən yunanlar  hər addımda nifrətlərini göstərməyi artıq vərdişə, adət-ənənənəyə çevriblər. Eləcə də Türkiyənin yanında olan ölkəyə də nifrət bəsləmək vacib işləridir ... Yunanıstan vətəndaşı olan ginekoloq-endokrinoloq Sofiya İvanidu 2021 –ci ildə Laçından keçməklə dövlət sərhədimizi pozub Qarabağa gəldi.
Yunan həkim 17-20 avqust tarixlərində Xankəndindəki "Ana və uşaq sağlamlığı mərkəzi”ndə uşaq və yeniyetmələr üçün pulsuz müayinələr keçirdi, qadınları müayinə edib, onlara məsləhətlər verdi.
Sofiya İvanidu Afina Dövlət Universitetinin doğum və ginekologiya kafedrasının müəllimi, tibb elmləri doktorudur”

 Əntiqə Rəşid