adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Iyun 2022 18:08
389
SAĞLAMLIQ

Yoluxanların sayı açıqlandı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 316 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 6 957 854 test aparılıb.