Yollar buz bağlaya bilər - Sürücülərə XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.
Xidmətdən Adalet.az-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.
Digər Xəbərlər
23 Aprel 2024 11:51
DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir
23 Aprel 2024 11:48Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
23 Aprel 2024 11:32Bu gün Ermənistanla sərhədin demarkasiyasına başlanılacaq
23 Aprel 2024 10:32Hikmət Mirzəyevə və 40 məmura sanksiya təklif edilir
23 Aprel 2024 09:03