Xorvatiya parlamentinin sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Adalet.az xəbər verir ki, sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən xorvatiyalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Digər Xəbərlər
08 Noyabr 2025 12:18
“5 ildir böyük coşğu və təntənəylə qeyd etdiyimiz misilsiz Qarabağ zəfərimizin kökündə...”
08 Noyabr 2025 11:48
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
08 Noyabr 2025 11:47
"Bütün sənədləri ilin sonunadək..." - Paşinyan söz verdi
08 Noyabr 2025 11:46
TDT Baş katibi Azərbaycanı təbrik etdi
08 Noyabr 2025 09:04
"Ermənistan ərazi iddialarını tam şəkildə aradan qaldırmalıdır" - BƏYANAT
07 Noyabr 2025 19:22
Yaşar Gülər Azərbaycana gəldi - FOTOLAR
07 Noyabr 2025 18:03
Azərbaycan və Slovakiya müdafiə nazirləri görüşdü - VİDEO
07 Noyabr 2025 17:55


Bakı -°C

