adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Sentyabr 2022 17:00
1236
GÜNDƏM

Xəritə tələb edən Paşinyana Əliyev bir il əvvəl tutarlı cavab verib: “1920-ci ilin…”


Xəbər verdiyimiz kimi Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib. O, çıxışında sentyabrın 12-dən 13-nə keçən gecə “Azərbaycanın Ermənistana hücumundan” danışıb. Hətta Paşinyan iddia edib ki, Azərbaycan Ermənistan ərazisinin bir hissəsini “işğal etməyə hazırlaşır”: “Azərbaycan fəal şəkildə Ermənistanın bütün cənub və şərqinin, eləcə də Ermənistanın paytaxtı İrəvanın ona məxsus olduğunu bəyan edir”.


Paşinyan İlham Əliyevə müraciət edərək Bakının tanıdığı Ermənistanın xəritəsini göstərməsini də istəyib:“Siz Ermənistanın ərazi bütövlüyünü tanıdığınız və ya tanımağa hazır olduğunuz Ermənistan xəritəsini göstərə bilərsinizmi?”, – deyə Paşinyan Azərbaycan Prezidentinə müraciət etdi.

 

Foto: azerbaycanli.org

 

Adalet.az xəbər verir ki, əslində Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın hazırkı sualına hələ ötən ilin mart- aprel ayında cavab vermişdi Ölkə başçısı demişdi: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.


P.S. İndi qalır, həmin xəritəni Azərbaycan ordusu aparıb Azərbaycanı “aqressor” adlandıran Paşinyanın və onun havadarlarının gözünə soxmağı...


Əntiqə Rəşid