adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Iyun 2022 13:53
1236
MƏDƏNİYYƏT

"Xaç atası" filminin ən yadda qalan obrazı...

Elə sənət adamları var ki, onları bütün dünyada sevirlər. Bu sənətkarlar içərisində düntaca məhşur Al Paçino da var. Onun haqqında minbir söz- söhbət olsa da o, özü haqqında deyir ki, "Mən aktyoram, ulduz yox. Ulduzlar Hollivudda yaşayanlardı.”

Amerika kino və teatr aktyoru Alfredo Ceyms “Al” Paçino (25 aprel 1940) Nyu-Yorkda Manhettendə Roza və Salvador Paçinoların ailəsində doğulub.Valideynləri ayrılanda 2 yaşı olan Paçino anası ilə birgə nənə və babasının yanına köçürlər. Paçino Nyu Yorkda məhşur İncəsənət İfaçılıq məktəbinə daxil olur. Dostlarının “Soni” deyə çağırdıqları bu gənc professional beyzbolçu olmaq istəyirdi. Eyni zamanda həmyaşıdları onu başqa adla da çağırırdılar — “Aktyor”. Alfredo dərslərinə heç cür həvəs göstərə bilmirdi. Bu səbəblə də 17 yaşında məktəbdən qovulur. Buna görə anası ilə dalaşandan sonra o evi tərk edir. O çox az bir əmək haqqı ilə ofisiant, poçtalyon işləməyə başlayır. 10 yaşından artıq siqaret çəkən Alfredo 13 yaşında spitrli içkilər və marixuana qəbul etməyə başlayır. Ancaq heç vaxt yüksək dozalı narkotik vasitələrdən istifadə etmədi, baxmayaraq ki, onun dostlarının çoxu məhz yüksək dozadan dünyalarını dəyişmişdilər.

​ ​ ​ 1966-ci ildə Al Paçino fasilələrlə davam edən uzun çalışmalardan sonra nəhayət ki, “Aktyor Studiyası”nın dinləmələrindən uğurla keçir. Bu, Manhettendə yerləşən professional aktyor, rejissor və dramaturqların toplandığı bir təşkilat idi. Uzun fəaliyyəti dövründə bu təşkilat incəsənətə bir çox məhşurlar bəxş etmişdir. “Aktyor Studiyası”nda Al Paçino daha sonra “Xaç Atası 2”(Godfather II) filmində tərəf müqabili olacaq Li Strasberqin kurslarına yazılır. Al Paçino bu studiyanın və Li Strasberqin öz aktyor həyatında rolunun çox böyük olduğunu demişdir. Hal hazırda Al Paçino Alan Börşteyn və Harvi Keytel ilə “Aktyor Studiyası”nın prezidentidir.

İlk epizodik rolunu “Aktyor studiyası”na qəbul olunduqdan sonra aldı. İlk debütunu isə 1969-cu ildə “Mən, Natali” (Me, Natalie) filmində, ilk böyük rolunu isə 1971-ci ildə Cerri Şatzberqin “Nidle parkda panika”(Panic In Needle Park) filmində narkoman rolunu oynamaqla almışdır. Bu oyunundan sonra Frensis Ford Koppola onu görüb kəşf etmişdi və özünün yeni filmi “Xaç atası”(Godfather)filmində Maykl Korleone roluna dəvət etmişdi.​ Koppola Robert De Niro, Martin Şin, Ceyms Kaan, Robert Redford və başqa namizədlər arasından Al Paçinonu seçmişdi. Nəticədə bu roluna görə Al Paçino ilk dəfə “Oskar” nominasiyasina namizəd olmuşdu, lakin o tədbiri boykot etmişdi. Buna səbəb isə Marlon Brandonun filmdə ifası az olsa da o ən yaxşı aktyor nominasiyasına, Al Paçino isə ikinci planda ən yaxşı aktyor nominasiyasina layiq görülməsi idi. Paçino mükafatı almadığına görə öz növbəsində Brando da fiquru götürməkdən boyun qaçırdı. 1974-cü ildə Al Paçino yenidən Maykl Korleone rolunda, “Xaç atası” filminin ikinci hissəsində rol aldı. Al Paçino üçüncü dəfə nominasiyaya namizəd oldu, lakin mükafat almadı.

Yalnız 1983-cü ildə o film kariyerasında böyük yer alan bir filmdə oynamağa dəvət aldı. Brayn de Palma onun özünün “Çapıqlı üz” (Scarface) filmində narkobaron Toni Montana rolunu təsdiqlədi. İlk​ öncələr film çox tənqidə məruz qalsa da, sonradan ABŞ kinoteatrlarından 45 milyon dollar qazandıra bilmişdi. Zaman keçdikcə Al Paçino bu filmin onun həyatında böyük rol oynadığını təsdiqlədi. Film “Qızıl Qlobus” nominasiyasına namizəd olmuşdu. Paçino bu dövrlərdə artıq teatra üz tutmuşdu və onun kinoya qayıdışı 1989-cu ildə “Sevgi dənizi” (Sea of Love) filmi ilə baş tutdu. 1990-cı ildə altıncı dəfə “Oskar” nominasiyasına Vorren Bittinin “Dik Treysi” (Dick Tracy) filmindəki roluna görə namizəd görülmüşdü. Bu film tamaşaçılar və tənqidçilər tərəfindən böyük rəğbətlə qarşılandı. Elə həmin il “Xaç atası” filminin üçüncü hissəsinə çəkilməklə öz həyatının personajına qayıtdı. İlk iki film kimi bu filmi də uğur gözləyirdi. Lakin çəkiliş ​ zamanı aktyorların bəziləri çəkilişə qədər artıq layihəni tərk etdiklərindən bu film bir çox çətinliklərlə üzləşdi.

​ ​Bir sözlə Al Paçino o sənət adamlarındandır ki, hələ uzun illər sonra da yaratdığı peşəkar obrazlarla gələcək nəsilləri də heyrətləndirə biləcək.

HAZLRLADI: BÜNYAMİN BÜNYADZADƏ