adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Iyun 2022 17:57
878
HÜQUQ

Vətən müharibəsi iştirakçısına 6 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən Elşad Zülfüqarlının işi üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Zülfüqarlı 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Zülfüqarlı saxlanılıb. Üzərinə keçirilən baxış zamanı onun üzərindən 4.2 qram, evindən isə 204 qram narkotik tapılıb.

26-yaşlı Elşad Zülfüqarlı 44 günlük müharibədə iştirak edib, “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ona ittiham elan olunub.