adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Dekabr 2021 14:09
344
SAĞLAMLIQ

VAKSİNASİYANI PULLU ETSƏYDİLƏR…

Xalqımızın gözəl bir məsəli var, ucuz ətin şorbası olmaz, ondakı o əti ümumiyyətlə, pulsuz verələr.

 

Bütün günü az qala insanlara yalvarırlar ki, COVİD-19-dan qorunmaq üçün vaksinasiya olunun, xeyiri yoxdu. Xüsusilə rayon yerlərində vəziyyət lap acınacaqlıdı. Heç kim könüllü şəkildə vaksinasiya olunmaq istəmir. Xəstəlik isə azalmır. Rəqəmlərə diqqət yetirsəniz testdən keçənlərin 14-18 faiz arası xəstə çıxır. Və bu da təbiidir ki, bir xəstə neçə-neçə insanın virusa yoluxmasına səbəb olur.

 

Operativ Qərargah vaksinasiya ilə bağlı qərarları sərtləşdirməlidir. Əks halda, bu xəstəlik hələ çox uzun sürəcək.