adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyun 2022 14:38
996
İDMAN

URRA! ÖLMƏDİK, BU GÜNÜ DƏ GÖRDÜK

İyunun 7-də milli komandamız belaruslarla oyunda axır ki, meydançanı qol buraxmadan tərk etdilər. Təbii ki, həmişəki kimi, qol da vura bilmədilər.

Tamaşaçısız keçən bu oyun qədər mənasız və maraqsız futbol görməmişdim. Hətta region zonaların klublarında həvəskarlar daha maraqlı və daha məzmunlu oyun göstərir.

Axır ki bir xal qazandıq. İndi De Byazi yenə gözəl açıqlamalar verəcək. 40 ağbirçək yığışıb ağlasa da xeyiri yoxdu.