adalet.az header logo
  • Bakı -°C
23 Aprel 2015 11:19
5240
MƏDƏNİYYƏT
A- A+

Ürəyini səhnədə qoyan aktyor

Azərbaycan kinosunda və səhnəsində özünəməxsus yeri olan aktyor, xalq artisti Kamal Xudaverdiyevin xatirə günüdür. Kamal Xudaverdiyev lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi. Elə ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında qazanıb.

Kamal Xudaverdiyev 1938-ci il mayın 3-də  Bakıda doğulub. 1965-ci ildə ali təhsilini bitirdikdən sonra Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə teatra işə dəvət olunub. Ömrünün sonuna qədər həmin teatrda fəaliyyət göstərən aktyor bu illər ərzində gözəl tamaşalarla yanaşı, televiziya tamaşalarında da bir-birindən maraqlı obrazlar yaradıb. "Atayevlər ailəsi”ndə oynadığı İldırım, "Şərqin səhəri”ndə Cavanşir bəy, "Alov”da  Qaşqay, "Yadigar”da Müəllim bu gün də tamaşaçıların yaddaşında yaşayır.

Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Ən vacib müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (ata), «Otel otağı» (alim), «Dədə Qorqud» (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.



Kamal  Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1991-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.

Kamal  Xudaverdiyev 2008-ci ildə Bakıda ürək çatışmazlığından dünyasını dəyişib.