adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyun 2022 14:54
844
İDMAN

URA! DE BYAZİNİN BEŞ İLLİK  MÜQAVİLƏSİ HAZIRDI 

Dünən Millətlər Liqasında Azərbaycan Belarusu uddu: 2-0. Adamın Allahı  var, uşaqlar özlərini  öldürdülər, çox gözəl oyun nümayiş etdirdilər.  Uşaqların gözəl oynamaqlarının  bir səbəbi də o idi ki, Belarus oynaya  bilmirdi. Amma yenə deyirəm, gözəl bir futbol izlədik. İndi can De Byazi sinəsinə  döyə bilər ki, Azərbaycanda son dörd ildə ilk dəfə qələbə  qazana bilib.

Beləliklə,  yəqin ki,  beş illik  müqaviləsi hazırdı.

Hər halda  sevinirəm və komandamızı təbrik edirəm. Belə ola  həmişə.