adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Sentyabr 2022 10:00
783
ŞOU-BİZNES

Tina Karol da Maks Barskixi təkrarladı: Bakıdakı konserti ləğv olundu - FOTO

Xatırlayırsınızsa, saytımızda xəbər vermişdik ki, dekabrın 10-da Bakıda konserti nəzərdə tutulan Ukraynalı müğənni Maks Barskix İnstaqram səhifəsində paylaşım etmişdi. O, paylaşımında Ermənistana dəstək nümayiş etdirmişdi.


Azərbaycanlı İnstaqram izləyiciləri Ukraynanın Rusiya hücumuna məruz qaldığı ilk gündən Ukraynanın yanında olduğumuzu, vətəndaşlarımızın bu yolda ukraynalılarla birlikdə rus ordusuna qarşı vuruşduğunu, xalqımızın və dövlətimizin maddi və mənəvi dəstəyini ukraynalılara göstərdiyini Maksa xatırlatdıqdan sonra müğənni paylaşımını silmək məcburiyyətində qaldı.


Sosial şəbəkələrin Azərbaycan seqmentində müğənninin dekabrın 10-da baş tutacağı konsertinin ləgvi ilə bağlı çağırışlar oldu. Məhz bu çağırışlardan sonra Maksın Bakı konserti ləğv edilib.


Adalet.az xəbər verir ki, Ukraynanın Xalq artisti Tina Karolun paytaxt Bakıda keçirilməsi nəzərdə tutulan konserti də eyni səbəbdən ləğv edilib.
Beləki, müğəninin sosial şəbəkədə erməniləri dəstəkləyən paylaşım etməsi azərbaycanlıları dərindən əsəbləşdirib.Konsertin ləğv olunması barədə çağırışlar olub və iticket.az biletlərin satışını dayandırıb.


Qeyd edək ki, sosial şəbəkə izləyiciləri əlaqədar orqanlardan Bakıda konsert verəcək əcnəbi müğənniləri diqqətlə araşdırılmağını xahiş ediblər.

P.S. Yedinizmiii?


Əntiqə Rəşid