Ukraynada partiya sədri 272 min rüşvət alarkən YAXLANDI
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) siyasi partiya rəhbərini 160 min dollar (272 min AZN) dollar rüşvət alarkən saxlayıb.
Adalet.az xəbər verir ki, bu barədə SBU-nun teleqram kanalında məlumat yayılıb.
Bildirilib ki, partiya sədri Kiyevdəki restoranlardan birində saxlanılıb.
Məlumata görə, məhkəmə həmin partiyanın qeydiyyatını oktyabrda saxtalaşdırılmış sənədlərə görə ləğv etsə də, lider deputatlıq mandatlarını pulla satmağa cəhd edib.
Yerli nəşr yazır ki, saxlanılan şəxs “Garant” partiyasının rəhbəri Valeriy Tokardır. Siyasətçi külli miqdarda dələduzluqda ittiham olunur. Onun üçün 6,7 milyon qrivna (271 min AZN) məbləğində girov müəyyən edilib. Təqsiri sübuta yetirilsə, Tokarı 12 ilədək həbs gözləyir.
Xatırladaq ki, bundan öncə Ukrayna hakimiyyəti energetika sektorunda 100 milyon dollarlıq rüşvət qalmaqalı ilə bağlı 7 nəfərə ittiham irəli sürmüşdü. Sözügedən ittihamlar fonunda ölkənin energetika və ədliyyə nazirləri də vəzifələrindən azad olunmuşdular.
Digər Xəbərlər
14 Noyabr 2025 19:32
Kavelaşvili Azərbaycan-Ermənistan sülhündən DANIŞDI
14 Noyabr 2025 19:24
Zelenski korrupsiya qalmaqalı fonunda Fərman imzaladı
14 Noyabr 2025 17:25
Hakan Fidan amerikalı rəsmilərlə görüşüb
14 Noyabr 2025 14:41


Bakı -°C

