adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Yanvar 2022 17:21
634
İDMAN

UEFA 7 Azərbaycan klubuna ödəniş etdi

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ödəniş edib.

Adalet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ 2020/2021-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramna görə ödənilib.

Qeyd olunan mövsümdə daxili çempionatda çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan maliyyə vəsaiti ayrılıb. Başqa sözlə, "Qarabağ" istisna olmaqla, "Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə”yə 72 866 avro ödənilib. Məbləğlər AFFA-nın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb:

“Keşlə” üçün nəzərdə tutulmuş vəsait onun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.