adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Yanvar 2022 16:22
600
İDMAN

Türkiyəli futbolçu avtomobil qəzasında həlak olub

Türkiyəli futbolçu, "Konyaspor"un müdafiəçisi Əhməd Çalık avtomobil qəzasında həlak olub.

Adalet.az-ın məlumatına görə, 27 yaşlı futbolçu Ankarada avtomobilin idarəetməsini itirərək qəza törədib və nəticədə avtomobil aşıb.

Futbolçu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, 2020-ci ildən "Konyaspor"da çıxış edən Ə.Çalık 2017-2020-ci illərdə "Qalatasaray"ın heyətində çıxış edib və iki dəfə Türkiyə çempionu olub. Bundan başqa, o, Türkiyə kubokunun və Superkubokunun sahibi olub.