adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Iyul 2022 11:54
407
HADİSƏ

Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlının şəxsiyyəti məlum olub - YENİLƏNİB-3

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün şəxsiyyəti məlum olub.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda yazıb.

"Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur", - o bildirib. 

11:06

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində həlak olan şəxs azərbaycanlıdır.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda yazıb.

“Hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub. Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb. Allah rəhmət etsin”, - o bildirib.

10:13

Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Qeyd olunub ki, 3 yük maşını qayaların altında qalıb.

09:40

Türkiyənin Artvin şəhərinin Kemalpaşa rayonunda torpaq sürüşməsi olub.

Adalet.az İHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.

Məlumata görə, təbii fəlakət bölgəsində olan yük maşınları zərər görüb, yol bağlanıb.(report)