adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Yanvar 2023 21:59
215
DÜNYA

Türk xüsusi təyinatlıları Pakistanda

Pakistanın Heybər-Paxtunxva əyalətində bu gün Pakistan və Türkiyə hərbçilərinin birgə “Atatürk-2023” hərbi təlimi başlayıb.

Adalet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Pakistan Silahlı Qüvvələrinin komandanlığı təlimlərin iki həftə davam edəcəyini bildirib.

Təlimlərin məqsədi terrorizmə qarşı birgə mübarizədir.

Qeyd edək ki, “Atatürk” təlimləri hər iki ordusunun xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə 1998-ci ildən keçirilir.