adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2025 18:42
71
DÜNYA
A- A+

TRIPP-in tikintisinə nə zaman başlanacaq? - Paşinyan açıqladı

"Ermənistanda TRIPP (Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolu) hissəsinin tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq.

Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

"İlin sonuna qədər bir plan hazırlanacaq və layihənin bütün detalları təsvir ediləcək və bu, 2026-cı ilin birinci yarısında təsdiqlənəcək", - deyə Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

O əlavə edib ki, Trampın komandası Yaxın Şərqdəki digər layihələrlə də çox yüklənib, lakin Ermənistan göstərilən müddətlərə çatmağa çalışacaq.