adalet.az header logo
  • Bakı 20°C
20 Oktyabr 2022 13:56
1491
AVTOMABİL

TIXACLAR İNSANLARA XOŞBƏXTLİK GƏTİRİR 

Gənclər bu tıxaclarda gözəl qızları görürlər, tanış olurlar, sevişirlər, elə tıxacda nişanlanırlar. Belə getsə, elə toylarını da tıxaclarda edəcəklər.

Amma bir məsələ var. Hamilə qadınlar bəzən tıxaclarda doğmalı olurlar. Qanuna görə, insan hansı ölkədə doğulursa, oranın vətəndaşı olur. Və yaxud hansı rayonda, hansı kənddə doğulursa yaş kağızına həmin rayon, həmin kənd yazılır.

İndi bu tıxacda doğulan uşaqların yaş kağızına hansı ölkənin vətəndaşı olduğu və ya hansı rayonda, hansı kənddə doğulduğu əvəzinə, yəqin yazacaqlar ki: Doğulduğu yer: Tıxac, Bakı şəhəri.