adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 Yanvar 2022 11:45
328
MƏMLƏKƏT

Tərtərdə müştərilərə qəlyan təklif edən kafenin icarədarı cərimələnib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən kafe müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb və kafenin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.