adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Yanvar 2023 11:18
748
ƏDƏBİYYAT

Tərlan Tarançıdan bir şeir

Nəyim var ki, nəyim qala dünyaya? 
ölsəm, nə var, məndən qabaq solacaq...
İnanmıram, məndən qalan boşluqlar
torpaqlanan bir qəbirlə dolacaq.

Adam var, yas saxlayası dalımca?
Adam var, qəlb dağlayası dalımca?
Kimdi axı ağlayası dalımca? 
yolsa, o it qızı saçın yolacaq. 

Bu da mənim taleyimdi, çəkirəm, 
Namərd ollam, addım geri çəkiləm.
Mən çoxdan öz daşın gəzən şəkiləm, 
onsuz da nə olacaqsa, olacaq. 

Ölüb dönsəm bir daşına dünyanın, 
Dəyməsəm də göz yaşına dünyanın, 
Yenə bəxtəvər başına dünyanın, 
məndən ona beş-on şeir qalacaq.