adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 May 2022 12:32
476
MARAQLI

Tarixdə bu gün...

Bünyamin Bünyadzadənin təqdimatında...


Saytımızın "Tarixdə bu gün..." adlı rublikası 23 may təqvimində baş verən verən önəmli hadisələr və tarixi şəxsiyyətlərlə bağlı məlumatlarla bu gün də oxucuların qarşısındadır.

23 may tarixi ölkəmizdə ekologiya işçilərinin peşə payramı kimi qeyd olunur. 2007-ci il 16 may tarixində Prezident İlham Əliyev tərəfindən hər il may ayının 23-ü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalanıb.

Bundan başqa dünyanın müxtəlif ölkələrində baş verən hadisələrin sıralanması isə belədir:


1040 – cı ilin 23 mayında Səlcuqlular və Qəznəlilər arasında Dəndənəkan döyüşü baş verib.

1568 – cı ildə Niderland İspaniyadan ayrılaraq müstəqilliyini elan edib.

1846 - cı ilin bu günü Meksika-ABŞ müharibəsi başlayıb. Meksika prezidenti Amerikaya müharibə elan edib.

1949– cu ilin 23 mayı Almaniya Federativ Respublikası qurulub.

1960– cı ilin bu günü İsrail Xolokostun əsas təşkilatçılarından saydığı Adolf Eyxmanın Argentinadan oğurlanaraq ölkəyə gətirildiyini elan edib.

1988– ci ilin mayın 23 - ü Mişel Platini futbol karyerasını başa vurub.

1992 - ci ilin 23 may günü Java proqramlaşdırma dilininilk versiyası buraxılıb.

2006—Egey dənizi üzərindəTürkiyə və Yunanıstanın F-16 təyyarələrinin toqquşması nəticəsində yunan pilot həlak oldu.