adalet.az header logo
  • Bakı 19°C
24 Yanvar 2022 12:30
486
MƏMLƏKƏT

Süni bahalaşmanın qarşısı alınır

Unun və çörəyin qiyməti artandan sonra bəzi işbazlar süni surətdə həmin məhsulları baha qiymətə satırlar. Təbii ki, hökumət süni qiymət artımının qarşısını almaq üçün davamlı olaraq ciddi tədbirlər həyata keçirir. Bu cür tədbirlər istər-istəməz qaz vurub qazan doldurmaq istəyənlərin qarşısını alır. Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi süni bahalaşma ilə əlaqədar olaraq hər gün ölkəmizdə monitorinqlər keçirir. Bu monitorinqlər zamanı aşkar olunan nöqsanlar elə həmin gün də aradan qaldırılır.

Xüsusən də əyalətlərdə unun və çörəyin satışında süni qiymət artımına daha tez-tez yol verilir. Buna görə də adını çəkdiyimiz qurumlar həmin yerlərdə də öz müşahidələrini davam etdirir, mövcud nöqsanlar aşkarlanır, süni bahalaşmaya yol verən hüquqi, fiziki və vəzifəli şəxslər məsuliyyətə cəlb olunurlar.

 

Emil FAİQOĞLU