Sumqayıtda 81 yaşlı kişini tanışı boğub ÖLDÜRDÜ
Sentyabrın 14-ü Sumqayıt Şəhər Polis İdarəsinə 1941-ci il təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Sumqayıt şəhər prokurorluğundan Adalet.az-a verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin tanışı 1977-ci il təvəllüdlü Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Samir Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Digər Xəbərlər
28 Mart 2024 12:23
Xankəndidə silah-sursat aşkarlanıb
28 Mart 2024 11:46Qazaxda kişi tanışını bacısının gözləri qarşısında qətlə yetiribmiş
27 Mart 2024 11:16Abşeronda yük maşını qaçırıldı
27 Mart 2024 10:07Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu
27 Mart 2024 09:51