adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 May 2022 14:29
761
MARAQLI

Şotland adalarına köçənlərə 100 min…

Şotlandiya hökuməti əhalisi az olan 8 adanı canlandırmaq üçün hərəkətə keçdi. Hökumət adalara köçməyi təşviq etmək üçün burada yaşamaq istəyənlərə təxminən 50 min sterlin (təxminən 100 min manat) ödənəcəyini açıqladı.

Şotlandiyaya məxsus adalarda ən azı iki nəfər olmaqla 20 min nəfərə qədər əhali yaşayır. Bununla belə, hər adadan materikə keçmək istəyənlərin sayında artım var. Şotlandiyalı nazirlər bunun adada iş və imkanların olmaması ilə bağlı olduğunu düşündüklərini izah edərkən, bu vəziyyətin qarşısını almaq üçün qollarını çırmalayıblar.

Hökumət insanların adalarda davamlı yaşamalarına kömək etmək üçün ev almağa, tikməyə və ya təmir etməyə və hətta biznesə başlamağa icazə veriləcəyini söylədi.

Şotlandiyaya aid olan və köçmək üçün pul təklif edilən adalar arasında İona, Vetersay, Böyük Bernara, Rum, Unst, Eday, Böyük Kumbra və Yura adaları var.

Adalara köçürüləcək ailələr üçün Şotlandiya vətəndaşlığı öhdəliyinin olmadığı, hətta Ekvadordan olan bir ailənin də plana daxil edildiyi bildirilib. Proqrama müraciətlər artıq başlayıb.

Lakin bəzi tənqidçilər hökumətin planına qarşı çıxıblar. Bu vəziyyətin adalarda ev qiymətlərinin artmasına səbəb ola biləcəyini deyiblər.

Hökumət tənqidlərə baxmayaraq, ilk nağd pul paylanmasını "yayda" başlatmağı planlaşdırdığını söylədi.

Qərb Adaları Şurasının Nəqliyyat və İnfrastruktur Komitəsinin sədri Uisdean Robertson bildirib ki, adaya məskunlaşan ilk qonaqlar təxminən 9600 kilometr uzaqlıqdakı Ekvadordan gəliblər.

Robertson dedi ki, yeganə tələb köçməyə hazır olmaq deyil.

O qeyd edib ki, adalarla əlaqəsi olan ailələr və ya gənclər lazımdır, təklif olunan nağd pula cəlb olunanları yox. Tək şərt adanı tərk etməməkdir.

Hazırda ada sakinlərinin fikirlərini öyrənmək üçün ötən ilin yayında məsləhətləşmələrə başlanıldığı, lakin nəticələrin açıqlanmadığı bildirilir.

 

Eminquey