adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Yanvar 2022 11:26
917
ŞOU-BİZNES

Sezen Aksu Adəm peyğənbəri təhqir etdi, Cübbəli Əhmətdən CAVAB

2019-cu ildə səhnə ilə vidalaşdığını elan edə məşhur türkiyəli bəstəkar və müğənni Sezen Aksunun hərəkətləri yenə gümdəmdə bomba kimi partlayıb.

Adalet.az habertürk-ə istinadən xəbər verir ki, Sezen Aksu ilk dəfə 2017-ci ildə "Youtube"də yayımlanan "Şahane Bir Şey Yaşamak" adlı mahnısındakı "Salam söyləyin o cahil Havva ilə Adəmə" sözləri ilə sosial medyada yenə də diqqətləri öz üzərinə çəkə bilib. Peygənbəri “cahil ” adlandıraraq təhqir etməsi sosial şəbəkələri iki yerə böldü.

Müğənni qınanılsa da, onun tərəfini tutan, müdafiə edənlər də oldu. Tanınmış din adamı Çübbəli Əhməd (Cübbeli Ahmet) həmin mahnıya münasibətini gizlətmədi: "Allah Âdəmə bütün adları öyrətdi. Əgər onun əmrini bilməyən insanlar bu gün cəmiyyətin ən məşhur və sevimli sənətçisi kimi qəbul edilirsə, Allahın bu cəmiyyətdən razı olub-olmadığını anlamaq üçün bu meyar kifayətdir”.

Qeyd edək ki, həmkarlarından ilk olaraq Sezen Aksunu Müstafa Sandal müdafiə etdi.

 

Əntiqə Rəşid