adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Fevral 2023 19:03
243
GÜNDƏM

Seksual məqsədlərlə uşaqları təqib edənlər cəzalandırılacaq

Seksual xarakterli məqsədlərlə uşaqların təqib edilməsinə görə cinayət məsuliyyəti müəyyənləşib.

Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, yetkinlik yaşına çatmış şəxs tərəfindən on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, seksual xarakterli hərəkətlər etmək və ya uşaq pornoqrafiyasının istehsalı məqsədilə həmin şəxsin on dörd yaşına çatmadığını bilə-bilə ona informasiya və kommunikasiya texnologiyaları vasitəsilə görüş təklif etməklə bu görüşün baş verməsi üçün praktiki hərəkətlər edildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.