adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Dekabr 2021 14:05
1286
ELM VƏ TƏHSİL

Şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş şeir müsabiqəsinin qalibləri müəyyən olub.

Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Müsabiqədə birinci yerə Günel Quliyeva, Hüseyn Mahmudov; ikinci yerə Röyal Çobanzadə, üçüncü yerə isə Şamil Əfəndi layiq görülüblər.

Aİİ rektoru, dosent Aqil Şirinov qaliblərlə görüşüb, onlara diplomlarını təqdim. Bildirib ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində Şanlı Qələbəmizin canlı şahidi olan gənclərə milli-mənəvi dəyərlərimizin aşılanması, onlarda vətənpərvərlik, dövlətçilik, Vətənə sevgi hisslərinin daha da gücləndirilməsidir.