adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Avqust 2022 11:28
475
HADİSƏ

Şəhidimiz Ağstafada dəfn olundu - YENİLƏNİB

Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçumuz Əliyev Tahir Çingiz oğlu dəfn edilib.

Adalet.az xəbər verir ki, o Yenigün kənd qəbiristanlığında torpağa tapşırılıb.

10:06

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-cü il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.

Adalet.az xəbər verir ki, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.(oxu.az)