adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Iyul 2022 12:54
789
HÜQUQ

Şəhid ailələri və qazilərlə işləyən konkret bir qurumumuz yoxdur- Psixoterapevt

İnteqrativ Psixoterapiya və İnteqrativ Tibb üzrə mütəxəssis, psixoterapevt İlkanə Qoca Medianews.az-ın suallarını cavablandırıb.

 

– Müharibədən sonra qazilərimizin psixoloji gərginliklərinin daha da artmasının şahidi oluruq.  Hər nə qədər bu yöndə  reabilitasiya mərkəzləri yaradılsa da yenə də zaman-zaman belə xəbərlərə rast gəlirik. Sizcə bu nədən qaynaqlanır?   

-2020-ci ildə müharibənin başladığı ilk gündən qeyd etmişdim ki, qazilərimizlə bağlı bundan sonra müəyyən problemlərlə üzləşəcəyik. Bu problemlərdə posttromatik stres sindiromu baş qaldıracaq. Belə ki, insan normal bir mühitdən çıxır müharibənin ortasına düşür, bədəninin müəyyən hissəsini, yaxuda da əziz bir dostunu itirir. Belə olduğu halda daha sonra travma keçirməyə başlayır. Travma onun hadisəyə sonra verdiyi reaksiyadır. Qayıtdıqda isə geridə qoyduğu reallıqla bugünkü reallıq tamamlanmadığı üçün çox çətin bir situasiya ilə üzləşir. O zaman da insanın içindən bir parça qopub keçmişdə  aldığı travmanın içində qalır.  Bu sahədə mütəxəssis olduğum üçün qazilərimizə  təmənnasız seanslar, seminarlar keçirdim. Bunun üçün əlimdən gələni etməyə çalışdım. Müharibədən çıxmış bir cəmiyyət qazilərlə necə davranmalı olduğunu bilməlidir.

Təəssüf hissi ilə qeyd edim ki,  ötən ildən bəri  qazilərimizin bir qisminin depressiv paylaşımları ilə qarşılaşırıq. Bir çoxları da nəticədə intiharı çıxış yolu kimi görür. Onu da bildirim ki, bir çox qazilərimiz mənimlə əlaqə saxlayıb, müraciət edərək intiharı çıxış yolu gördüklərini bildirsələr də onları bu fikirdən daşındırmışam.  Ümumiyyətlə müharibədə iştirak etmiş hər bir qazi cəmiyyətə adaptasiya edilməlidir. Xoşagəlməz halların qarşısını almaq üçün müharibə iştirakçılarına, qazilərə peşəkar psixoloji yardımlar göstərilməlidir. Bu olmadıqda problemlər daha da böyüyür. Bu səbəblə də, qazilərlə xüsusi psixoloq qrupunun işləməsi, qrup terapiyalarının və treyninqlərin keçirilməsi olduqca vacibdir.

Bu gün Azərbaycanda şəhid ailələri, qazilərlə işləyən hər hansı bir qurum yoxdur.  Yükün ən çox hissəsi də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin  üzərinə düşür.  Lakin bu kifayət etmir, xüsusən də şəhid ailələri və qazilərlə işləyəcək, onların problemlərini həll edəcək bir qurumumuz olmalıdır. Elə bir qurum ki, burada iş və ya dəstək mütəşəkkil şəkildə təşkil olunsun.

 

– Bəs Avropada bu proses hansı təcrübələrlə aparılır?

– Onlar üçün xüsusi xəstəxanalar, müalicə ocaqları var ki, bu müalicə ocaqları xəstəxana funksyasını yerinə yetirmir. Belə ki, təbiətin səfalı guşələrinin birində yerləşir və  pasiyentlər burada musiqi və digər müasir metodlarla  müalicə olunur. Onlara burada qurup terapiyası tətbiq edilir, söhbətlər aparılır. Daha sonra  sosial işcilər bu prosesə cəlb olunur.

-Sosial içilərin vəzifələri nələrdən ibarət olur?

-Onlar şəhid ailələrinə, qazilərin durumunu dəyərləndirib nəyə daha çox ehtiyaclarının olduğunu, nə ilə təmin olunmasının vacibliyini qeyd edirlər. Necə kömək olunsun ki, qazilərimiz müharibədən sonrakı həyatına inteqrasiya olub, yeni həyatlarına davam etsinlər.

-2 ildir ki, müharibə bitsə də əksər qazilərimizi psixloji travmadan çıxarmaq hələ də mümkün olmayıb. Sizcə bu nədən qaynaqlanır?

-Qazilərmizin pisxoloji vəziyyətinə gəldikdə isə müharibədən sonra bəziləri həyata inteqrasiya oluna bilir, bəziləri üçünsə həyat daha çətin olur.  Onlardan bir çoxları ailəni tək idarə edən və evə qazanc gətirən ailə başçıları olur ki, bədən üzvlərinin hər hansı hissəsini itirdikdən sonra işə o qədər də yararlı olmurlar. Belə olduğu halda onların iş tapmaq problemləri yaşanır. Əvvəl çalışdıqları yerlərdən də işdən çıxarılırlar. Travma görmüş qazilərimiz gecələr yata bilmir, ani reaksiyalar verir, baş verən proseslərə xüsusi həssaslıqla yanaşırlar. Əgər bir qazinin sosial –iqtisadi, qayğısı varsa ona nə qədər terapiya etsən də heç bir nəticə verməyəcək. Hazırda qazilərimizin sosial şəbəkələrdə yazdığı şərhlərdə də bu aqressiyanı görmək mümkündür. Baxmayaraq ki, müharibədən iki il keçir və  hələ də problemlər qalmaqdadır.  Bu iki il ərzində qazilərimizin vəziyyəti daha da kəskinkəşməkdədir.

Ümid edirəm ki, bu haqda dövlət qurumları bir həyacan təbili çalar. Aidiyyatı  qurumlar yaradıb məsələyə daha ciddi yanaşar.