adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Yanvar 2023 15:42
204
SİYASƏT

"Səfirliyimizə xain hücumun obyektiv araşdırılmasını tələb edirik" - Spiker

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.

Adalet.az-ın məlumatına görə, spiker bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını tələb edib.

“Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik", - deyə spiker qeyd edib.

Sahibə Qafarova hücumun qarşısını alarkən şəhid olan Səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.