"Səfirliyə hücum bizi şoka saldı" - Zaxarova
"Rusiya, Azərbaycanın İrandakı səfirliyinə edilən hücumla bağlı şoka düşüb".
Rusiya xarici işlər nazirliyinin rəsmi əməkdaşı Mariya Zaxarova özünün Telegram kanalında baş verən insidentə belə reaksiya verib.
"Azərbaycanın İrandakı səfirliyinə hücum efilməsindən, hücum nəticəsində səfirliyin mühavizə əməkdaşının öldürülməsindən şoka düşmüşük. Azərbaycanlı həmkarlarımıza baş sağlı diləyirik və onların yanında olduğumuzu bildiririk" -deyə xanım Zaxarova bildirib. Diplomat xanım Rusiya tərəfindən bu hadisəyə geniş şəhr veriləcəyinə söz verib.
Rüstəm Hacıyev
Digər Xəbərlər
25 Aprel 2024 16:26