adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Iyul 2022 14:49
689
HÜQUQ

Səfər Mehdiyevin ölkədən çıxışına qadağa qoyuldu

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Adalet.az Gununsesi-nə istinadən xəbər verir ki, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib.