adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Iyun 2022 11:29
639
ŞOU-BİZNES

Seda Sayanın ərinin soyadını silməsi təccübləndirdi: “Ayrılıq var?”

Xəbər verdiyimiz kimi aprel ayında məşhur müğənni Seda Sayan oğlu Oğulcan Engindən ( 1990-cı il doğumlu) 3 yaş böyük, özündən 27 yaş kiçik musiqiçi Çağlar Öktenilə doqquzuncu dəfə ailə həyatı qurdu.

Adalet.az Akşam.com-a istinadən xəbər verir ki, Seda Sayan Çağlar Öktenin götürdüyü soyadını dəyişmək istəməsi təəccüb doğurub. Sayan soyadının silinməsini istəyəndən sonra məhkəməyə müraciət edib və bu, ayrılıq iddialarını gündəmə gətirib. Məşhur müğənni iddialardan sonra açıqlama verib.

Ötən gün bir tədbirdən çıxan Seda soyad olayı ilə bağlı bunları deyib:

"Həyat yoldaşımın soyadını götürərəmsə, çoxlu sənədləşmə işləri aparmaq, sənədləri dəyişmək lazımdır. Bunlarla məşğul olmağa vaxtım yoxdur. Aramızda mübahisə yoxdur. Adam mənim həyatımdadır. Onun soyadına qurban olaram” deyə bildirib.

Qeyd edək ki, Seda Sayanın Çağlar Ötkənlə evliliyi müğənninin 9-cu evliliyidir. O, 9 dəfə toy edib və gəlinlik geyinmiş, o evliliklərdən yalnız Mahsun Qırmızıgül və Nihat Doğanla nigah masasına otura bilməyib.

Əntiqə Rəşid