adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyul 2022 10:23
905
ŞOU-BİZNES

Seda Bakan ailəsi ilə istirahətdə: İkinci uşaq gəlir...

2014-cü ildə musiqiçi Ali Erellə evlənən və 2019-cu ildə qızı Leyla dünyaya gələn aktrisa Seda Bakan aktiv İnstaqram istifadəçisidir.  O, daimi olaraq ya sənəti, ya da işi ilə bağlı müxtəlif paylaşımlar edir.

Xüsusən, aktrisanın paylaşdığı şəkillərində ən çox bahalı geyimi müzakirələrə səbəb olub. Belə ki, Sedanın əynindəki tulumunun qiyməti 15 min 700 lirə (3220 manat), belindəki kəmərin qiyməti isə 4050 lirə (830 manat) olub. Aktrisanın fotolarını Mehmet Arslan lentə alıb.


Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, ikinci dəfə ana olacaq aktrisa Seda Bakan ailəsi ilə birlikdə Bodrumda istirahətdədir. O, başqa məşhurlardan fərqli olaraq müsiqiçi əri və qızı Leyla ilə Ortakənddəki ictimai çimərlikdə görüntülənib.


Qeyd edək ki, Sakarya Universitetinin Xarici Ticarət fakültəsinin məzunu olan aktrisa “Behzat C Ankara” dedektiv serialındakı Eda obrazı ilə tanınıb. O, “Kardeş Payı” serialında Feyza obrazı ilə populyarlığını artırıb.
Seda Bakan ata tərəfdən Bosniyalı, ana tərəfdən isə Salonik-Dram immiqrantlarındandır.

 

 


Ənmtiqə Rəşid