adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Yanvar 2022 13:15
322
DÜNYA

SALAMLAŞMADAN YUMRUQLAŞMAYA KEÇDİK 

Belə deyirlər ki, insanların  əllə salamlaşma səbəbi o imiş ki, qədim zamanlarda  insanlar bir-birinə  yaxınlaşanda əllərini  açıb göstərərmişlər ki, bax, əlimdə daş yoxdu, silah yoxdu və əl-ələ tutarmışlar, sülh rəmzi kimi. Amma indi baxıram, deyəsən, dünyada barış day bitib. İndi pezidentlərdən tutmuş nazirlərə  qədər dünyanın  bütün sammitlərində, iclaslarında, müşavirələrində, görüşlərində day salam-kəlam yoxdu, bir-birləriylə  yumruqlaşırlar. O yumruğun içində nə var, onu  heç kəs bilmir.