adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Oktyabr 2022 22:12
702
İQTİSADİYYAT

Rusiya Qara dənizdə təhlükəsizlik dəhlizi boyunca hərəkəti dayandırıb

Rusiya “Qara Dəniz Təşəbbüsü” ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi boyunca hərəkəti dayandırır.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti yolverilməzdir, çünki Kiyev bu dəhlizdən Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir", - deyə Rusiya MN-in məlumatında qeyd olunub.

Rusiyanın “Qara Dəniz Təşəbbüsü”ndən çıxmadığı, razılaşmaların fəaliyyətini dayandırdığı vurğulanıb.