adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Iyun 2022 17:32
330
DÜNYA

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

"2-si zabit, 14-ü əsgər olmaqla 16 Ukrayna hərbçisi vətənə qayıdır. Bir mülki şəxs də azad edilib. Sərbəst buraxılanlardan beşi ağır yaralıdır və onların təcili müalicəyə ehtiyacı var. Əsir götürülən bütün ukraynalıların geri qaytarılması üzrə Koordinasiya Qərargahının işi davam edir", - məlumatda qeyd olunub.