adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 May 2022 09:26
415
DÜNYA

Reznikov “Azovstal” müdafiəçilərinə sağ qalmağı əmr etdi

“Donetsk vilayətinin Mariupol şəhərinin müdafiəçilərinə canlarını xilas etmək əmri verilib”.

Bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“Bu gün çox mürəkkəb və mühüm proseslər gedir, o cümlədən Qırmızı Xaç təşkilatının köməyi ilə danışıqlar aparılır. Nəticədə bu, son dərəcə ağır vəziyyətdə olan yaralıların təxliyyəsidir. Bizim planımız onları xilas etməkdir, sonra isə azadlıq haqqında düşünmək olar”, – deyə nazir bildirib.

O qeyd edib ki, 20 minə qədər rus işğalçısından ibarət qrupların saxlanılması və onların Zaporojyeyə, daha sonra Donbassa buraxılmaması, o cümlədən qoşunların Kiyevdən uzaqlaşdırılması əmri yerinə yetirilib, buna görə də şəhərin bütün müdafiəçiləri qəhrəmandırlar.

“Onların indi yeni əmri var - canlarını xilas etmək. Ukraynanın onlara ehtiyacı var. Əsas olan odur”, – deyə müdafiə idarəsinin rəisi vurğulayıb.

Xatırladaq ki, mayın 16-da blokadaya alınmış “Azovstal” zavodundan Mariupol müdafiəçilərinin təxliyəsi başlayıb. Prezident Volodimir Zelenski axşam müraciətində hərbçilərin “Azovstal”dan xilas edildiyini açıqlayıb.