"Real"dan ayrılmaq istədiyini rəhbərliyə bildirdi
Mariano Dias "Real"dan bu yay ayrılmaq niyyətindədir.
Adalet.az "Marca"ya istinadən xəbər verir ki, o, bu fikrini klub rəhbərliyinə bildirib. 28 yaşlı hücumçuya istədiyi təklif gələrsə, o, Madrid təmsilçisini tərk edəcək.
Qeyd edək ki, 2018-ci ildə "Lion"dan ayrılaraq "Real"a qayıdıb.